Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:09

Qırğızıstan prezidentinin Moldovaya səfəri ölkədə tənqidlə qarşılanıb


Almazbek Atambaev
Almazbek Atambaev

Qırğızıstan prezidenti Almazbek Atambayevin Moldovaya xəlvət səfəri ölkədə tənqidlə qarşılanıb.

Müxalifətdə olan deputat Ravshan Jeenbekov prezident administrasiyasından dövlət başçısının martın 15-də Moldovaya qısa səfərinə aydınlıq gətirilməsini tələb edib.

O səfər zamanı Demokrat partiyasının sədr müavini Vlad Plahotniucla görüşüb.

Bundan bir gün əvvəl isə Atambaev Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Müxalifət səfər zamanı müzakirə olunan məsələlərə, habelə prezidentin şəxsi təyyarə ilə Moldovaya kimin hesabına uçmasına aydınlıq gətirilməsini tələb edir.

Prezidentin sözçüsü Sapar Isakov bu səfəri təsdiqləsə də bunu şərh eləməyin hələ ki, vaxtı olmadığını deyib.

O təkcə onu qeyd edib ki, prezidentin bu səfəri, onun bütün fəaliyyəti kimi yalnız Qırğızıstanın maraqlarına xidmət edir.

XS
SM
MD
LG