Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:43

Azərbaycan prezidenti İlham Əliyev martın 17-də Türkiyəyə işgüzar səfərə gedib.

Prezidentin saytında gedən məlumata görə, İlham Əliyev TANAP qaz kəmərinin Qarsda keçiriləcək təməlqoyma mərasimində iştirak edəcək.

Bu kəmərlə Azərbaycan qazının Gürcüstan, Türkiyə, oradan isə Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya çıxarılması nəzərdə tutulub.

TANAP layihəsi ilə ildə ilkin olaraq 16 milyard kub metr qaz nəqli nəzərdə tutulur.

Bunun 10 milyardı Avropaya, 6 milyard kubmetri isəTürkiyəyə veriləcək.

Kəmərin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 11 mlrd dollardır.

Bu layihədə Azərbaycan Dövlət Neft şirkətinin 58, Türkiyənin Botaş şirlətinin 30, BP-nin isə 12 faiz payı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG