Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Əli Məsimli: «Devalvasiya ilə bağlı tədbirlər paketi hazırlanır»


Əli Məsimli

Əli Məsimli

-

«Hökumət çox güman ki, manatın devalvasiyasından sonra yaranmış vəziyyətə bağlı tədbirlər paketi hazırlayır. Həmin paketdə ictimai rəy nəzərə alınmaqla bəzi məqamlar olmalıdır».

Bunu deputat Əli Məsimli martın 17-də Milli Məclisdəki çıxışında deyib. O bildirib ki, dolların kəskin bahalaşması və neftin ucuzlaşması gözlənilmir:

«Dollarla götürülən kreditlərlə bağlı məsələ açıq qalıb. Burada çətinlik çəkənlərin hər ikisi xalqdır. Ortaq məxrəcə gəlinməlidir. Hökumətin bu sahədə görəcəyi işlər vacibdir. Hökumət yaxın 8-9 ay ərzində devalvasiyanın yaratdığı müsbət şanslardan istifadə edərsə, o zaman nəyəsə ümid etmək olar. Əks halda qiymətlərlə xərclərin artması devalvasiyanın müsbət effektlərini azaldacaq».

«SAHİBKARLARA ƏLAVƏ VƏSAİT AYRILMALIDIR»

Əli Məsimli idxalın qarşısını almaq və ixracı stimullaşdırmaq lazım olduğunu qeyd edib. Onun fikrincə, sahibkarlara aşağı faizli kreditlərlə yanaşı, dövlət tərəfindən də əlavə vəsait ayrılmalıdır: «Dövlət Neft Fondunun (ARDNF) 2 milyardlıq vəsaiti məhz idxalı əvəz edən məhsulları istehsal edən, ixrac potensialını artıran sahibkarlara verilməlidir».

Deputat, həmçinin, bu ilin kənd təsərrüfatı ili olduğunu xatırladıb. O qeyd edib ki, hökumət tərəfindən ərzaq təhlükəsizliyi ilə bağlı işlər görülür.

«Özümüzə lazım olan ərzaq məhsullarının 80-85%-ini istehsal edirik. Ancaq taxılçılıq sahəsində bu göstərici 65% civarındadır. Bu göstərici dövlət üçün aşağıdır. Təkcə Şəkidə Əlicançay olan ərazidə su anbarının yaradılması 16 min hektardan çox torpağın suvarma dövriyyəsinə daxil edilməsinə imkan verəcək ki, bu da taxıl ehtiyatının artırılmasına şərait yaradacaq», - Əli Məsimli bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG