Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:11

İran rəsmisi deyir ki, Tehrana qarşı sanksiyalar götürülməlidir


Foto arxiv
Foto arxiv

“İrana qarşı beynəlxalq sanksiyalar götürülməlidir”.

Bunu İran parlamentindəki xarici siyasət və milli təhlükəsialik komissiyasının üzvü Mohammad Asefari martın 16-da Tehranda Çin televiziyasına bildirib ki,

O qeyd edib ki, Qərb dünyası İrana qarşı bütün sanksiyaların aradan qaldırılması ilə bağlı aydın, dəqiq plan təklif eləməlidir.

Asefari qeyd edib ki, İrana qarşı sanksiyaları qüvvədə saxlayıb, ondan nüvə proqramının dayandırılmasını tələb etmək qeyri-mümkündür.

Ona görə də sanksiyalar aradan qaldırılmalıdır.

Komissiyanın sədr müavini Mansur Haghighatpour da bildirib ki, yekun razılaşma İranın maraqlarını qane etməlidir və Birləşmiş Ştatlardakı xaos və müxtəlif avazlara görə hesab edirik ki, ABŞ ədalətli razılaşmaya hazır deyil.

İranın xarici işlər naziri Javad Zarif ABŞ və Avropa ölkələri ilə nüvə danışıqlarında hələ də boşluqlar olduğunu deyib.

O bunu martın 16-da İsveçrədə ABŞ Dövlət katibi John Kerry ilə danışıqlardan sonra deyib.

O qeyd edib ki, həll yaxında olsa da hələ də bir sıra boşluqlar var.

İranın nümayəndə heyəti bundan sonra Brüsselə Avropa ölkələrinin xarici işlər nazirləri ilə danışıqlara gedib.

Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq üçün çətin və vacib seçimlər etməlidir.

O martın sonunadək çərçivə sazişinin əldə olunacağının da hələ ki, dəqiq bəlli olmadığını deyib.

Tərəflər iyunun sonunadək yekun razılıq əldə etmək qərarına gəliblər.

XS
SM
MD
LG