Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:25

Millət vəkili Təbrizə biganəlikdən narazıdır


İran parlamentinin deputatı İşrət xanım Şaiq

İran parlamentinin deputatı İşrət xanım Şaiq

İranın « Fars » xəbər agentliyinin bildirdiyinə görə, şəhərlərin inkişafı üzrə 10 illik dövlət planı əsasında 1996-cı ildən bu yana Təbrizdə məktəb və universitet tikintisinə 354 hektar yeni sahə ayrılmalı idi. Lakin indiyədək yalnız 193 hektar ayrılıb. Bu isə Təbrizdə əhali artımı ilə təhsil ocaqlarına olan ehtiyac arasında qeyri-mütənasiblik yaradır.

Təbrizin inkişafına diqqət yetirilmədiyinə etiraz edən millət vəkili İşrət Şaiq bildirib ki, İranın başqa şəhərlərində adambaşına orta hesabla 4 kvadrat metr məktəb sahəsi düşdüyü halda, Təbrizdə bu, təxminən 1 kvadrat metrə bərabərdir. Hazırkı şəhərlərin inkişaf planı tətbiq edilsə belə, Təbrizdə təhsil ocaqlarının sayı yenə də başqa şəhərlərdən 2 dəfə az olacaq.


İran parlamentində Şərqi Azərbaycan vilayətinin üç şəhəri – Təbriz, Üskü və Azərşəhri [Tufarqan] təmsil edən xanım Şaiq oktyabrın 25-də etdiyi çıxışında başqa rəsmi statistikalara da əsaslanıb. Bildirib ki, idman üçün ayrılan sahə Təbrizdə adambaşına 0.8, ölkə miqyasında isə 2.25 kvadrat metrdir. Eyni zamanda, xəstəxana və səhiyyə xidmətləri üçün ayrılan sahədən Təbrizdə adambaşına yalnız 0.58 kvadrat metr düşür. Ölkə miqyasında bu rəqəm 1.25, yəni ən azı Təbrizdən 2 dəfə çoxdur.


İşrət Şaiqin fikrincə, Təbriz yaşıllaşdırma baxımından da İranın başqa böyük şəhərlərindən geri qalır. Təbrizin yaşıl park sahələrindən hər bir şəhər sakininin payına 6.17 kvadrat metr düşdüyü halda, İranın başqa şəhərlərində bu rəqəm 7-12 kvadrat metr arasındadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG