Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26

-

Martın 17-də İsraildə parlament seçkisi keçirilir.

Rəy sorğuları baş nazir Benjamin Netanyahu-nun Likud Partiyasının Isaac Herzog-un Zionist Birliyindən geri qaldığını göstərir.

Netanyahu martın 16-da deyib ki, dördüncü müddətə seçilsə, Fələstin dövlətinin yaranmasına imkan verməyəcək. Təbliğat dövründə Netanyahu İranla nüvə sazişinə qarşı çıxdığını da bəyan edib.

Herzog isə onu təhlükəsizlik məsələlərindən yararlanaraq diqqəti sosial problemlərdən, məsələn bahalıqdan yayındırmaqda ittiham edib.

İsrailin 120 yerlik parlamentidəki yerləri hələ ki, çoxluqla qazanan olmayıb. Ən yaxşı halda böyük partiyaya koalisiya yaratmaq imkanı verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG