Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:41

-

«Azadlıq» qəzeti 17 mart tarixli sayında yazır ki, dünəndən etibarən topdansatış məntəqələrində çaylar əvvəlki qiymətindən baha satılmağa başlayıb: «Bir neçə gün əvvəl Azərbaycanda əsas qida məhsullarının istehsalı ilə məşğul olan «Azərsun Holdinq» Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl bəyan etmişdi ki, rəhbərlik etdiyi şirkət manat kəskin ucuzlaşmasından əziyyət çəkir. Abdulbari Gözəl bildirmişdi ki, holdinqin xarici bazardan asılılığı yarıbayarıdır. Buna görə də istehsal edilən məhsulların qiyməti dolların bahalaşması qədər, yəni 34 faiz deyil, təxminən 15-17 faiz artacaq».

«Azadlıq» qəzetinin məlumatına görə, artıq «Azərsun Holdinq»in istehsal etdiyi çayların qiyməti artırılıb:

«Sahibkarlar «Azadlıq»a bildirib ki, martın 15-dən etibarən topdansatış məntəqələrində «Azərsun»un çayları əvvəlki qiymətindən 17 faiz baha qiymətə satılır».

Qəzet yazır ki, yaxın günlərdə holdinqin istehsal etdiyi digər məhsulların da qiyməti artırılacaq.

«NAQİSLİYİN SON HƏDDİ»

«Azərbaycan» qəzeti çərşənbə sayında Milli Məclisin üzvü Tahir Rzayevin «Naqisliyin son həddi» adlı yazısını dərc edib. Müəllif yazır ki, «təklənmək, tanınmamaq, söz, hörmət sahibi olmamaq, ancaq varına-dövlətinə arxalanıb öz içinə cəkilmək, xeyirə-şərə yarımamaq insanın və xalqın bədbəxtçiliyidir. Bu, hər hansı bir dövlətə də fayda verə bilməz. Atalar demişkən «Payını yalqız yeyən, tayını da yalqız qaldırar».

«Bu gün Azərbaycan payını yalqız yemir, həm də onu havayı paylamır», - deyə Tahir Rzayev yayın əvvəllərində Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan hakimiyyətinə yönələn yerli və xarici tənqidlərə cavab verir: «…öz ambisiyalarından çıxış edənlər, qazanılan nailiyyətlərə qara yaxmağa çalışanlar, ölkəmizi istəməyən qüvvələr, xarici düşmənlərimizin diktəsi ilə hərəkət edənlər isə Avropa Oyunlarının keçirilməsinə qarşı çıxır, hətta oyunları boykot etmək üçün müəyyən hiylələrə, təxribatlara əl atırlar».

Tahir Rzayev

Tahir Rzayev

Tahir Rzayev ilk Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycan üçün «tarixi şans» adlandırır: «Azərbaycanın dünyada tanınması, həqiqətlərimizin, inkişafımızın, mədəniyyətimizin, dünyagörüşümüzün təbliği baxımından Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyəti əvəzsizdir. Demək olar ki, bütün dünyanın, milyardlarla insanın nəzərləri 15 gün Azərbaycana yönələcək, yüzlərlə xarici jurnalist, idman icmalçısı bu oyunlar, eləcə də ölkəmiz haqqında müxtəlif mövzulara dair materiallar çap etdirəcək, reportajlar verəcək, çəkilişlər aparacaqlar».

«GƏZMƏYƏ QƏRİB ÖLKƏ, YOXSA VƏTƏN..?»

«Bizim yol» qəzetinin əməkdaşları araşdırıblar ki, 1 həftədən çox bayram tətilinə çıxan azərbaycanlıların istirahəti üçün hansı imkanlar var: «Şamaxıda ailəvi Novruz tətilini keçirmək istəyənlər burada fəaliyyət göstərən «Şamaxı Palace Platinium by Rixos» otelinə müraciət edə bilərlər. Ancaq bunun üçün 1399 manatınızdan keçməli olacaqsınız. Novruza görə tərtib olunmuş bayram paketinə 3 gecə dəbdəbəli qonaqlama (20-23 və ya 21-24 Mart, 2015), «White Diamond» restoranında günlük olaraq səhər və şam yeməyi, 21 və 22 mart tarixlərində canlı konsertlər, uşaq əyləncə proqramları, «Srenity Spa» və «Fitness» mərkəzindən istifadə və 6 yaşadək 2 uşağın ödənişsiz qalması daxildir».

Foto: Arxiv

Foto: Arxiv

Qəzet yazır ki, bayram günlərində Lənkərandakı «Qafqaz Sahil Lənkəran» otelində və Qubadakı «Cənnət Bağı»nda bir gecənin qiyməti 65 manatdır. Şahdağ otelində martın 20-dən 25-nə qədər iki nəfərlik otaq bir gecəlik istirahət üçün 190 manatadır.

«Xaricdə dincəlmək Azərbaycandan daha ucuz başa gəlir» qənaətinə gələn «Bizim yol» yazır ki, «Silkway Travel» turizm şirkətinin «Sinqapur – Malayziya» qrup turu 1662 dollardır: «8 günlük (7 gecə) tur paketinə otel, viza, səhər yeməyi, şəhərdə ekskursiya və tibbi siğorta daxildir. Şirkətin Praqa tur paketi 852, Nyu-Yorktur paketi isə 1992 dollardır.

«Five Star Travel» turizm şirkəti də bayram günləri üçün turlar təşkil edib. 20 mart 24 mart tarixində şirkətin təşkil etdiyi turlar İstanbula 490, Dubaya 510, Londona 595 AZN, Parisə 660, Romaya 550,Berlinə 690, Barselonaya 610 manatadır. Tur paketinə aviabiletler, otel, səhər yeməyi, tibbi sığorta daxildir.

REKTOR QIZINI DÖYƏNLƏR MƏHKƏMƏDƏ SƏRBƏST BURAXILIB

«Yeni Müsavat» qəzeti Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi və onu döyən şəxslərin məhkəmədə barələrində verilmiş həbs-qətimkan tədbirlərinin dəyişdirilməsi səbəblərini araşdırır. Qəzet yazır ki, Ülkər İsayeva martın 9-da gecə saatlarında iki qardaş tərəfindən şəhərin mərkəzindəki küçələrin birində adamların gözü qarşısında döyülüb:

Ülkər İsayeva

Ülkər İsayeva

«Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov modern.az-a açıqlamasında faktı təsdiqləyib: «Hadisə ilə bağlı CM-nin 222.2.1-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır. Martın 14-də hadisəni törətməkdə şübhəli bilinən şəxsə həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib».

Eldar Sultanovun sözlərincə, rektorun qızının döyülməsində təqsirkar bilinən hər iki şəxs barəsində martın 14-də Bakı şəhər Prokurorluğu tərəfindən həbs-qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilib: «Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşovanın çıxardığı qərara əsasən, iki şəxs - Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər».

Prokurorluq rəsmisi bildirib ki, Xətai rayon Məhkəməsinin həmin qərarından Bakı şəhər Prokurorluğu apellyasiya protesti verib: «Həmin protestə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq».

«Yeni Müsavat» istintaq orqanlarına istinadən yazır ki, Zaur Məmmədov adlı şəxs martın 9-da, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla birgə tanışları Ülkər İsayevanı idarə etdikləri «BENTLEY» markalı avtomobildən zorla çəkib çıxarıb yerlə sürüyüblər, ona zərbələr endiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG