Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:16

Azərbaycanda «İlaxır çərşənbə» qeyd olunur


Novruz - 2014
Novruz - 2014

-

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu - «İlaxır çərşənbə»dir.

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında «İlaxır çərşənbə» və ya «Torpaq çərşənbəsi» adlanır. İnama görə, «Torpaq çərşənbəsi» yetişəndə torpaq artıq əkinə hazır olur və artıq ona toxum səpmək mümkündür.

«İlaxır çərşənbə» özündən əvvəlki digər üç çərşənbədən mərasimi, adətləri ilə fərqlənir.

«İlaxır çərşənbə»də tonqal qalamaqla yanaşı, papaqatma, fal açma, qapıpusma kimi mərasimlər keçirilir.

Şamaxı Astrofizika Rəsədxanası bildirib ki, bahar Azərbaycana martın 21-də Bakı vaxtılə təxminən gecə saat 02:45:06 radələrində qədəm qoyacaq.

XS
SM
MD
LG