Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:17

-

Pakistanda bir gündə 12 kişi məhbus asılıb. Ötən dekabrda bu ölkədə ölüm cəzasına qeyri-rəsmi moratorium götürüləndən ilk dəfədir ki, bir gündə bu sayda adam edam olunur.

Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, martın 17-də edam olunanlar təkcə “terrorçular” deyil, qatillər, “ağır cinayətlər” törətmiş şəxslərdir.

Baş nazir Nawaz Sharif dekabrın 17-də ölüm cəzasına de fakto moratoriumu qaldırıb. Səbəb talibançıların məktəbə hücum etməsi, 132 şagirdi və 9 müəllimi öldürməsi idi.

O vaxtdan bəri çoxu yaraqlılar olmaqla 27 nəfər edam olunub.

Ancaq indi aydın olur ki, rəsmilər sakitcə bu siyasəti ölüm cəzası kəsilmiş, apelyasiya şikayətləri təmin edilməyən digər məhbuslara da aid edib.

İnsan haqları qrupları Pakistanda hökmlərin əsasən ədalətli olmadığını bildirir. Hazırda 8 min pakistanlıya ölüm cəzası kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG