Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:03

Javad Zarif: “Nüvə danışıqlarında boşluqlar qalır”


Belçikada görüşlərdən öncə
Belçikada görüşlərdən öncə

-

İranın xarici işlər naziri Javad Zarif deyir ki, Birləşmiş Ştatlar və digər böyük dövlətlərlə nüvə danışıqlarında boşluqlar qalır. Zarif martın 16-da ABŞ Dövlət katibi John Kerry ilə İsveçrənin Luzanna şəhərində danışıqlardan sonra danışıb.

“Həll yaxındadır, ancaq hələ də bəzi sahələrdə boşluqlar qalmaqdadır,” Zarif deyib.

İranın nümayəndə heyəti daha sonra Brüsselə Avropa nazirləri ilə danışıqlara gedib.

Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq üçün çətin və vacib seçimlər etməlidir. Rəsmi martın sonunadək çərçivə sazişinin əldə olunacağının aydın bilinmədiyini də vurğulayıb.

XS
SM
MD
LG