Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:32

İD Əfqanıstana da keçib


Əfqanıstanda Novruz bayramı öncəsi qızğın alış-veriş gedir
Əfqanıstanda Novruz bayramı öncəsi qızğın alış-veriş gedir

-

BMT-nin Əfqanıstanda elçisi bildirir ki, son məlumatlar İslam Dövləti (İD) ekstremist qrupunun Əfqanıstana keçdiyini göstərir. Nicholas Haysom martın 16-da BMT-nin Təhlükəsizlik Şurasında danışıb. Onun sözlərinə görə, BMT missiyasının dəyərləndirməsi İD-nin hələlik Əfqanıstanda “möhkəm kök sala” bilmədiyini göstərir. Ancaq, Haysom deyir ki, İD təcrid olunmuş yaraqlı qrupları ardınca apara bilər.

Rusiya da Təhlükəsizlik Şurasını ekstremistlərin ekspansiyasını əngəlləməyə çağırıb. Rusiyanın BMT-dəki səfirinin müavini Vladimir Safronkov deyib ki, Moskva Əfqanıstanda terror təhlükəsinin artmasından narahatdır.

Martın 16-da Təhlükəsizlik Şurası BMT-nin Əfqanıstandakı missiyasını gələn il martın 17-dək uzatmağa səs verib.

XS
SM
MD
LG