Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22

ABŞ: Suriya münaqişəsinin həllində Assad-a yer yoxdur


Azad Suriya Ordusunun döyüşçüləri

Azad Suriya Ordusunun döyüşçüləri

-

Birləşmiş Ştatlar bildirir ki, Vaşinqton Suriya münaqişəsinin həlli üçün heç vaxt Suriya lideri Bashar al-Assad-la birbaşa danışıqlar aparmayacaq.

Bunu martın 16-da Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib. Öncə Dövlət katibi John Kerry bildirmişdi ki, Suriyada vətəndaş müharibəsinin diplomatik həllində Assad-a da yer ola bilər.

Psaki-nin sözlərinə görə, Vaşinqton “danışıqlarda iştirak üçün Assad hökumətinin təmsilçilərinin iştirakının gərəkliyini qəbul edir,” ancaq bu, heç vaxt Assad-ın özü ola bilməz.

Vaşinqton aydın şəkildə bəyan edib ki, Suriyada əsas prioriteti İslam Dövləti yaraqlıları ilə savaşdır. İD Suriyada, eləcə də İraqda böyük ərazilər ələ keçirib.

Suriyada vətəndaş müharibəsi artıq beşinci ilə girir, yüz minlərlə ölən, milyonlarla didərgin düşən var. Assad isə hakimiyyətdən getməyəcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG