Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:09

-

Donmuş münaqişəni həll etməyin yeni yolu? Moldovanın separatçı bölgəsini Rusiyanın təsir dairəsindən çıxarmağa yeni cəhdlər?

Dnestryanı ilə bağlı Avropa Birliyinin yeni planı var.

Plan ondan ibarətdir ki, Moldovanın Avropa Birliyi ilə inteqrasiya proqramına Dnestryanını da qoşmaq. Yəni separatçı bölgəyə iqtisadi, sosial güzəştlər etmək.

Bazar ertəsi Moldovanın baş naziri Kiril Gaburich Kişinyovda Dnestryanının rəhbəri Yevgeni Shevchuk ilə görüşüb.

Bundan əvvəlsə Moldova paytaxtına Vışeqrad qrupunun üzvləri – Polşa, Slovakiya, Çexiya və Macarıstan nümayəndələri gəliblər. Onlar həm də Dnestryanıya gediblər.

Rusiyanın “Nezavisimaya qazeta”sı “Biznes Dnestryanını Avropaya yönləndirir” məqaləsində yazır ki, avropalılar Shevchuka Dnestryanıda istehsal olunan mallar üçün dəhliz vəd ediblər. O da razılaşıb.

Yevgeny Shevchuk

Yevgeny Shevchuk

Shevchuk qonaqları öz kabinetində yox,KVINT şərab zavodunda qəbul edib. Zavodun istehsal etdiyi şərablar regionda yetərincə populyardır. Qəzet yazır ki, avropalılarla danışıqlara Dnestryanının biznes nümayəndələri, xüsusən də “Sherif” korporasiyası da tərəfdardır.

Əslində Dnestryanıda istehsal olunan müəyyən mallar bir müddətdir ki, Avropaya daxil olur. Amma Avropa Birliyinin bununla bağlı ilkin güzəşt proqramının vaxtı 2016-cı il yanvarın 1-də başa çatır. Və Avropa Birliyi proqramın vaxtının uzadılmasını Dnestryanı ilə Moldovanın mərkəzi hökuməti arasında danışıqların bərpası üçün vasitələrdən biri kimi istifadə etməyə çalışır. Yəni proqramın uzadılıb-uzadılmaması sülh danışıqlarında nə dərəcədə irəliləyiş əldə ediıməsindən asılı olacaq.

Avropalıların Dnestryanıya marağının artması həm də öz sərhədlərinə yaxın daha bir qaynar nöqtənin mövcudluğunu istəməmələri ilə bağlıdır. Onlar Rusiyanın qızışdırdığı separatçıların Ukraynada nələr törətdiyini görürlər.

Rusiyada başlanan iqtisadi böhran Dnestryanıya da təsirsiz ötüşməyib. Bundan başqa Ukraynadakı separatçılardan fərqli olaraq Dnestryanının Rusiya ilə birbaşa əlaqəsi yoxdur. Yalnız Rusiyanın yardımı ilə büdcə doldurmaqsa mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG