Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:11

Angela Merkel: “Krım Ukraynaya qaytarılmalıdır”


Almaniya kansleri Merkel və Ukrayna prezidenti Poroshenko Berlində keçirilmiş mətbuat konfransında.

Almaniya kansleri Merkel və Ukrayna prezidenti Poroshenko Berlində keçirilmiş mətbuat konfransında.

Almaniya kansleri Angela Merkel bəyan edib ki, onun ölkəsi və Berlinin müttəfiqləri Krım Ukraynaya qaytarılmadan sakitləşməyəcəklər.

“Biz bu günü Krımın qanunsuz ilhaqı günü kimi yadda saxlamalıyıq. Biz unutmamalıyıq ki, bu akt post-müharibə Avropasındakı düzümü təhlükə altında qoyub. Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmayınca, sakitləşməyəcəyik” – deyib kansler.

Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna prezidenti Petro Poroshenko deyib ki, martın 19-da keçiriləcək Avropa sammitində Qərb liderlərindən Rusiyaya qarşı sanksiyalar məsələsində aydın mövqe gözləyir.

Ukrayna prezidentinin qənaətinə görə Moskvaya qarşı sanksiyalar genişləndirilməlidir, beləki, Rusiya Minsk razılaşmasının şərtlərinə əməl etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG