Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:52

Müsəlman Qardaşlığının liderinə ölüm hökmü çıxarıldı


Müsəlman Qardaşlığı təşkilatının lideri Mohamed Badie.

Müsəlman Qardaşlığı təşkilatının lideri Mohamed Badie.

Misir məhkəməsi Müsəlman Qardaşlığı təşkilatının lideri Mohammed Badie və daha 13 nəfər barədə ölüm hökmü verib.

Mohammed Badie və qrupun digər mühüm üzvləri dövlətə qarşı qəsddə ittiham edilirdilər.

Badie bundan əvvəl də bir neçə iş üzrə ölüm cəzası alıb, lakin hər dəfə onun cəzası ömürlük həbs cəzası ilə əvəz edilib.

İndi ölüm hökmü təsdiq olunmaq üçün Misirin Böyük Müftisinə təqdim olunub.

Son qərar aprelin 11-də verilməlidir.

Badie ixtisasca baytar həkimidir və Müsəlman Qardaşlığının liderliyinə 2010-cu ildə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG