Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:19

Vanuatuda “Pam” siklonunda 24 nəfər ölüb


BMT-nin məlumatında deyilir ki, şərti adı “Pam” olan siklon nəticəsində Sakit okeanın Vanuatu arxipelaqında 24 nəfər ölüb, 3300 nəfər evsiz qalıb.

BMT-nin Fəlakətləri Qiymətləndirmə və Koordinasiya komandası Vanuatunun paytaxtı Port Viladan xəbər verir ki, orada 37 evakuasiya mərkəzi yaradılıb.

Vanuatunun prezidenti Baldwin Lonsdale deyib ki, qasırğa son illərin bütün quruculuq nailiyyətlərini yer üzündən silib və ölkə hər şeyə sıfırdan başlamalı olacaq.

Vanuatunun ucqar adaları ilə hələ də rabitə yoxdur.

Tropik siklon hazırda Yeni Zelandiya istiqamətində hərəkət edir və getdikcə gücünü itirir.

XS
SM
MD
LG