Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:30

-

“Bir köçkün kimi bilmək istəyirik ki, Laçın Rayon İcra Hakimiyyəti yanında yaradılmış xeyriyyə fonduna yığılan pullar hara gedir?”

Bu sualı "Qaynar xətt"ə müraciət edən Laçın köçkünü Zabil Mayılov verir. O, rayon icra hakimiyyəti (RİH) başçısından fonda toplanan pulların hansı məsrəflərə xərclənməsi ilə bağlı hesabat verməsini tələb edir.

“Biz bilmək istəyirik: Laçın rayon xeyriyyə fonduna yığılan pullar kimə xərclənir? Bu məsələ nəzarətsizdir. İcra baçısından hesabat tələb edən köçkünləri isə hədələyirlər, susdururlar.

Bax, mənim atam II qrup Qarabağ əlilidir. 7 nəfər ailə üzvümüz var. İki ildir ki, hərbi xidmətdən qayıtmışam. Nə mənə, nə də atama iş verilmir. Heç fəhləlik işi də yoxdur. Ancaq və ancaq başçının öz qohum-əqrəbalarındakı adamlara iş var. Başçı vəzifəyə də qohum-əqrəbasını yığır, küçə süpürməyə, tikintidə fəhləliyədə qohum-əqrəbasındakıları yerləşdirir. 23 ildir ki, Ağcabədidə Laçın qərargahının Şeylanlı obasında qamışdan hörülmüş daxmada yaşayırıq. Əgər buna yaşamaq demək mümkündürsə... Yay-qış içməyə su tapmırıq. Suyu pulla alırıq. Çörək pulumuzu da suya veririk. Atamın aldığı pensiyası heç dərmanına çatmır.

XEYRİYYƏ FONDU NİYƏ YARADILIB?..

Yaxşı, bəs bu xeyriyyə fondu belə məsələlərdən ötrü yaradılmayıbmı? Nə vaxt bununla bağlı icra hakimiyyətinə müraciət ediriksə, deyirlər, nə pul, nə yardım, gedin işinizlə məşğul olun. Mən də icra başçısından soruşuram: bəs bu fond niyə yaradılıb? Ora pullar haradan yığılır və hara gedir? Deyirlər ki, kasıbsan, bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var, get ora müraciət elə, ünvanlı sosial yardım al” - deyə Zabil Mayılov bildirir.

Laçınlı köçkün deyir ki, bu sualların araşdırılması üçün baş prokurora da teleqram ünvanlayıb, ölkə başçısına da məktub yazıb.

“Icra hakimiyyətinin xeyriyyə fonduna toplanan vəsaitlərdən necə, hansı məqsədlər üçün istifadə olunur” sualına cavab tapmaq üçün gün ərzində Laçın RİH-in hüquqşünası Füzuli Tanrıverdiyevlə və RİH ümumi şöbəsinin müdiri Eldəniz Qasımovla əlaqə saxlamağa zəhd göstərsə də bu cəhdlər boşa çıxdı.

F.Tanrıverdiyevin telefonu gün ərzində qapadılmışdı, E.Qasımov isə zənglərə cavab vermədi. Hər ikisinin mobil telefonuna mesaj yazdıq. Bir saatdan sonra yenidən bir neçə dəfə zəng vurduq. Yenə cavab gəlmədi. Hər halda məsələyə icra hakimiyyətinin də münasibətini öyrənməyə çalışacağıq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG