Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:36

Kazanda yanğında ölən azərbaycanlıların meyiti Bakıya gətirilib


Foto arxiv

Foto arxiv

Kazandakı “Admiral” ticarət mərkəzində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların meyiti martın 16-da Azərbaycana gətirilib.

Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, Tamella Muxtarova və Pərviz Paşayevin meyitləri artıq Moskvadan Bakıya göndərilib.

Pərviz Paşayev doğulduğu Gədəbəy rayonunda, Tamella Muxtarova isə Cəlilabad rayonunda dəfn olunacaq.

Xatırladaq ki, martın 11-də azərbaycanlı sahibkara məxsus “Admiral” ticarət mərkəzində yanğın baş verib.

Hadisə zamanı xeyli ölən və xəsarət alan olub.

Dağıntılar altından çıxarılan 17 meyitdən 16-nın şəxsiyyəti müəyyənləşdirilib.

Yaralananlar arasında həmçinin Salam Tağıyev adlı bir azırbaycanlı var.

Onun səhhəti artıq yaxşılaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG