Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:16

Rusiyada həbsdə olan keçmiş ukraynalı pilot aclığı bərpa edib


Nadia Savchenko

Nadia Savchenko

Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenko aclığı bərpa edib.

Bu barədə İnterfaks agentliyi Moskva İctimai müşahidə komissiyasının rəhbəri Anton Tsvetkova istinadla xəbər verir.

Savchenko ötən ildən Rusiyada həbsdədir.

O lugansk ətrafında 2 Rusiya jurnalistinin ölümündə əli olmaqda ittiham olunur.

O ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiya tərəfinə verildiyini deyir.

Ötən ilin dekabrından təcridxanada aclıq aksiyası keçirən Savchenko martın 6-da aksiyanı dayandırmışdı.

Savchenko Ukrayna parlamentinin deputatı və Avropa Şurası Parlament Assambleyasındakı Ukrayna nümayəndə heyətinin üzvüdür.

XS
SM
MD
LG