Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08

-

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının həbsdə olan fəalı Sirac Kərimliyə hökm oxunub. Məhkəmə onun 6 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Sirac Kərimli məhkəmədə son çıxışında səhvən, qardaşının yerinə həbs olunduğunu bildirib:

“Onlar siyasi fəaliyyətinə görə qardaşımı həbs etmək istəyiblər. Sadəcə, bizi səhv salıblar. Məni Narkotiklərə Qarşı Mübarizə İdarəsinə aparanda məlum oldu ki, səhv gətiriblər. Orada da mənə dedilər ki, səni qardaşın Fərəcin yerinə səhvən gətirmişik. Qardaşımı məndən bir neçə gün sonra həbs etdilər. Ancaq, ittiham irəli sürüldüyündən məni azad etmədilər. Məni azad etməmələrinin bir səbəbi də ailəlikcə müsavatçı olmağımızdır. Qardaşıma və mənə qarşı irəli sürülən ittihamları saxta və sifarişli hesab edirəm”.

Ötən prosesdə dövlət ittihamçısı Sirac Kərimlinin 8 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Sirac Kərimli 2014-cü il iyulun 17-də saxlanıb, böyük məbləğdə narkotik maddə əldə etmə və ya saxlama maddəsi ilə ittiham olunub.

Onun qardaşı Fərəc Kərimli isə eyni ittihamla iyulun 23-də həbs edilib və bundan sonra qiyabi olaraq Müsavat başqanının müavini seçilib. Qardaşların atası Raqif Kərimli Müsavat Partiyası Laçın Rayon Təşkilatının sədri olub.

Amnesty İnternational təşkilatı qardaşları vicdan məhbusu kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG