Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:24

Zeynəb xanım Nyu-Yorkda konsert verdi


Nyu-Yorkda Zeynəb Xanlarovanın konserti anşlaqla keçib.

Nyu-Yorkda Zeynəb Xanlarovanın konserti anşlaqla keçib.

-

Xalq artisti Zeynəb Xanlarova Novruz bayramı münasibətilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində konsert verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı xəbərə görə, bu qurumun dəstəyi ilə təşkil olunmuş konsert Nyu-Yorkun Bruklin səmtindəki «Master Theatre» adlı konsert kompleksində baş tutub.

«Xoş gördük, əzizlərim» adlı proqram Azərbaycanın milli himninin səsləndirilməsi ilə başlayıb.

Zeynəb Xanlarova 10 nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları--«Xoş gördük», «Doğmasan mənə», «Anacan», «Niyə yox deyirsən», «Azərbaycan maralı», «Olmaz, olmaz», «Qadan mən alım», «Gül yanaqlım»ı ifa edib.

Xəbərdə bildirilir ki, konsertdə iştirak edən Bruklin rayonunun rəhbəri Eric L.Adams Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib. Daha sonra Zeynəb Xanlarova haqqında fikirlərini bölüşən Eric L.Adams onun Azərbaycan mədəniyyətinin, muğamın təbliğinə verdiyi töhfələrdən danışıb və ustad müğənniniBruklinin xüsusi mükafatı ilə təltif edib.

Nyu-Yorkda Qafqaz Yəhudilərinin Mərkəzi Cəmiyyəti, eyni zamanda bir sıra Azərbaycan diaspor təşkilatları da Azərbaycan mədəniyyətinin təbliğində və mədəniyyətlərin birləşməsində göstərdiyi xidmətlərinə görə Zeynəb Xanlarovaya mükafat və diplomlar təqdim edib.

Konserti izləyən tamaşaçılar arasında ABŞ-ın bir sıra şəhərlərindən gəlmiş azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələri olub.

Anşlaqla keçən və iki saat yarım davam edən konsert Zeynəb Xanlarovanın «Birlik» mahnısı ilə başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG