Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:12

-

Avropada Ədalət və Sülh uğrunda Təşkilatı (OJPE), qurumun sədri Nasir Mahmudovun Bakıda saxlanması ilə bağlı açıqlama yayıb.

Mahmudov Azərbaycan vətəndaşıdır, 1985-ci ildə doğulub, Niderland Krallığının paytaxtı Amsterdamda yaşayır.

2014-cü il oktyabrın 19-da o, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polis tərəfindən saxlanıb və pasportu müsadirə olunub. Təşkilat sədri saxlanma zamanı qeyri-insani rəftar, alçaldıcı davranış və cəzaya məruz qaldığını deyir.

Həmin gün axşam Sumqayıt şəhər Polis Şöbəsi Nasir Mahmudovdan yaşayış yerini tərk etməmək barədə arayış alıb. Mahmudov 2005-ci ildə də saxlanıb və eyni ittihamla 2 il 3 aylığa həbs olunub.

OJPE bildirir ki, Azərbaycan Konstitusiyası alternativ xidmət hüququnu tanısa da, belə bir seçimə imkan yaradan proqram yoxdur. Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərindən biri belə qanunvericiliyi qəbul etməkdir. BMT də müvafiq qanunun qəbuluna çağırıb.

Təşkilatın məlumatına görə, Sumqayıt şəhər Məhkəməsi Nasir Mahmudova açılmış cinayət işinə baxacaq. OJPE bu işə mümkün qədər tez baxılmasını xahiş edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG