Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:48

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüsselə toplşır


Federica Mogherini
Federica Mogherini

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri martın 16-da Brüsselə toplşırlar.

Görüşdə Ukrayna münaqişəsi, Rusiyaya qarşı sanksiyalar və İranın nüvə proqramı ilə bağlı danışıqların hazırkı vəziyyəti müzakirə olunacaq.

Birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini martın 16-da Brüsseldə jurnalistlərə deyib ki, toplantıdan sonra İranın xarici işlər naziri Zarif, sonra isə İran, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə görüşəcək.

O qeyd edib ki, tərəflər həlledici məqama daxil olur, iştirakçılar yaxın iki həftədə yaxşı razılaşma üçün ümumi təməl, özül tapmalıdırlar.

Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond isə jurnalistlərə bildirib ki, Minsk razılaşmasına tam əməl edilməyincə biz Rusiyaya qarşı sanksiyaların saxlanmasında qəti mövqedə olacağıq.

“Rusiyalılara siqnal göndərilməlidir ki, biz bu məsələdə bir və tam qətiyik və sanksiyaların yüngülləşdirilməsindən əvvəl onlar öz öhtəliklərini yerinə yetirməldirlər”.

XS
SM
MD
LG