Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:08

Martın 20-si-Novruz bayramında günəş tam tutulacaq.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bunun Azərbaycandan da qismən müşahidə ediləcəyini deyib.

O qeyd edib ki, saat 11:40-da başlayacaq tutulma 4 saat 8 dəqiqə sürəcək.

Sat 13:44-də Günəş tam tutulacaq.

Azərbaycandan isə Günəşin tutulması 1 saat 30 dəqiqə sürəcək.

Ölkə ərazisində günəşin tutulmasını saat 13:46-dan saat 15:18-dək müşahidə etmək mümkün olacaq.

Günəş tutulmasını müşahidə edərkən günəş eynəklərindən istifadə etmək məsləhət görülür.

Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olacaq.

Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimalı və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə ediləcək.

Ümumilikdə bu il 2 Günəş və 2 Ay tutulması baş verəcək.

İlk Ay tutulması aprelin 4-də, ikincisi sentyabrın 28-də, ilk tam Günəş tutulması martın 20-si, ikincisi isəsentyabrın 13-də qeydə alınacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG