Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 04:38

«Vaqifsayağı» başlayır...


Vaqif Mustafazadə
Vaqif Mustafazadə

-

Bu gün - martın 16-da Vaqif Mustafazadənin 75 yaşı tamam olur.

Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi və «İçərişəhər» Qoruq İdarəsibir sıra anma tədbirləri keçirəcək.

Ünlü cazmen səhər saatlarında Yasamal qəbiristanlığındakıməzarı başında anılıb.

Anım mərasimi cazmenin adını daşıyan ev muzeydə davam etdiriləcək.

Daha sonra İçərişəhərdə saat 14-də Vaqif Mustafazadənin şərəfinə düzənlənəcək «Vaqifsayağı» caz festivalı başlayacaq.

Ölkənin tanınmış caz ifaçıları bu festivalda «Vaqifsayağı» çalacaqlar.

Anım tədbirləri aprelin 10-da Heydər Əliyev Sarayında keçiriləcək yubiley gecəsi ilə tamamlanacaq.

Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da İçəişəhəhərdə doğulub.

Asəf Zeynallı adına Bakı Musiqi məktəbində, Bakı Musiqi Akademiyasında təhsil alıb.

İlk vaxtlar klassik caz, bluz və oynaq mahnılar ifa edib.

1964-cü ildən «Orero» ansamblına, «Qafqaz» caz üçlüyünə, «Leyli» və «Sevil» qadın vokal instrumental və «Muğam» instrumental ansambllarına rəhbərlik edib.

Beynəlxalq caz müsabiqələri və festivallarının («Tallin-66», «Tbilisi-78», Monte-Karlo) laureatı olub.

Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, «Muğam» simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin yaradıcısı sayılır.

O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini (Caz-Muğam) yaradıb.

Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-daDaşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG