Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

“Kiyev Donbasdan ağır texnikanı çıxarıb”


Donetskdə Ukrayna hərbçiləri

Donetskdə Ukrayna hərbçiləri

-

Ukrayna hakimiyyəti ölkənin cənub-şərqində təmas xəttindən ağır texnikanın çıxarılması prosesini bitirib. Bunu xarici işlər naziri Pavel Klimkin deyib.

“Kommersant” qəzetinə müsahibəsində Klimkin bildirib ki, proses ATƏT müşahidəçilərinin nəzarəti altında keçib, və Kiyevə heç bir irad tutulmayıb.

Separatçıların oxşar bəyanatını şərh edən Klimkin deyib ki, Kiyevdə onların texnikanı anqarlarda, Donbasdakı köhnə zavodlarda gizlətməsi barədə məlumat var. ATƏT müşahidəçiləri isə həmin ərazilərə buraxılmır.

Klimkin onu da söyləyib ki, Donbasda özünü respublika elan edən qurumlar 180 hərbçini əsirlikdə saxlayır.

Ukrayna hərbçiləri Donbasdakı mövqelərinin atəşə tutulmasının azaldığını bildirir. Ancaq Donetsk ərazisində atışma qeydə alınır. Bazar günü Donbasda mövqelər 23 dəfə atəşə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG