Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:16

-

«Yeni Müsavat» qəzeti yazır ki, artıq ölkədaxili qatarların kupesinə satışda bilet qalmayıb. Elə plaskart-vaqonlara da biletlər qurtarmaq üzrədir. Kassirlərin sözlərincə, bayrama bir gün qalmış qatarlara əlavə kupe-vaqonların qoşulacağı deyilib.

«Vağzalın gücləndirilmiş iş rejiminə keçməsinə və əlavə vaqonlar qoşulacağına baxmayaraq, insan izdihamı var. Sərnişinlər qatarla getməyin maddi cəhətdən sərfəli olduğunu qeyd edirlər. Məsələn, Bakı-Lənkəran qatarına plaskart 4 manat 50 qəpikdir. Halbuki, avtobusla adi günlərdə 5 manat, bayramda isə 6-7 manat olur. Avtomobillər isə adi vaxtda Lənkərana 15 manat, bayramda isə 20-25 manat olur. Bu baxımdan qatarlara tələbat daha çox var. Sərnişinlər isə narazılıq edirlər ki, hər bayramda eyni problemlə üzləşirlər.

Onların sözlərincə, hər kəs martın 19-na getməyi planlaşdırıb. Odur ki, sıxlıq məhz bu tarixə yaranıb. Hər kəs işdən çıxıb yola düşmək istəyir».

Qəzet əməkdaşı Bakı Beynəlxalq Avtovağzal Kompleksində isə sərnişinlərin həm avtobusların az olmasından, həm də süni qiymət artımından şikayətləndiklərini yazır.

«HAKİMİYYƏTİN NÖVBƏTİ BƏRBAD BƏHANƏSİ»

«Azadlıq» qəzeti deyir ki, indiyədək hakimiyyət beynəlxalq tənqidlərə cavab olaraq «erməni lobbisindən maliyyələşənlər» arqumentini ortaya qoyurdu:

Nazirlər Kabinetinin iclası

Nazirlər Kabinetinin iclası

«Hakimiyyət təmsilçiləri bəyan edirlər ki, acından ölən Ermənistan bütün dünyanı idarə edir, beynəlxalq təşkilatlara maliyyə yardımıödəyir. Həm də hakimiyyət bu arqumentə sığınmaqla, xarici siyasətdə Ermənistana uduzmaqlarının etirafını etmiş olurdular.

...Avropa oyunları öncəsi Azərbaycana qarşı beynəlxalq kampaniyanın başlamasını, boykot çağırışlarını da «erməni» arqumenti ilə əsaslandırmağa çalışırdılar. Amma son günlər hökumətimiz yeni «arqument» tapıb. «İslamofob» arqumentinə «stavka» ediblər. Guya, Azərbaycana qarşı kampaniya, tənqidi fikirlər islamofob dairələrin fəaliyyətidir».

Qəzet bu yerdə sual edir: «İslamofoblar Azərbaycan hakimiyyətini niyə hədəf seçməlidirlər ki?..

Əksinə, hakimiyyətin atdığı addımlar islamofobların xoşuna gəlir. Azərbaycanda hicablı xanımlar məktəbə buraxılmır, azan verilişinə qadağa qoyulur, namaz qıldığına görə insanlar işdən çıxarılır, dini verilişlər televiziyalardan yığışdırılır və ölkənin ən nüfuzlu ilahiyyatçıları şərlənərək həbs edilir. Bütün dünya bilir ki, Hacı Tale, Hacı Abgül, Hacı Mövsüm və digərlərihaqlı söz söylədiklərinə görə həbs olunub və siyasi məhbus siyahısındadılar».

Bakı - 2014

Bakı - 2014

ÖTƏN İL 2260 KİLOMETR YOL ÇƏKİLİB

«Azərbaycan» qəzeti Azərbaycanın dünyada həm də tranzit ölkəsi kimi tanındığını deyir.

«Təkcə ötən il ərzində 960 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Bundan əlavə, keçən il 960 min nəfər əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr kənd yolları çəkilib... Bu səbəbdən də ildən-ilə nəqliyyat sektorunda göstərilən xidmətlərin kəmiyyət və keyfiyyəti artmaqda davam edir. İlin ilk ayına olan statistik rəqəmlər də bunu təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 17.2 milyon ton yük daşınıb. Qeyri-neft yüklərinin həcmi 2.9 faiz artaraq 11.8 milyon tona çatıb. Onu da qeyd edək ki, yanvar ayında yüklərin 52.9 faizi avtonəqliyyat, 32.4 faizi boru kəmərləri, 10.1 faizi dəmiryol, 4.6 faizi dəniz nəqliyyatı vasitəsilə daşınıb».​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG