Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:27

Moskvada monastırda yanğın olub


Yanğın söndürülür
Yanğın söndürülür

-

Moskvanın məşhur Novodevichy monastrının zəng qülləsində yanğın baş verib.

Martın 15-də gecə saatlarında qüllənin ətrafındakı taxta təmir qurğusu alışıb.

Moskva Fövqəladə Hallar Nazirliyinin direktor müavini Aleksandr Gavrilov deyib ki, qülləyə ciddi ziyan dəyməyib, yanğın söndürülüb.

Hündürlüyü 70 metrdən çox olan qüllə 1600-cü illərin sonunda tikilir.

Novodevichy Moskva çayının sahilində yerləşir və Rusiya paytaxtının ən görməli yerlərindən sayılır.

Kompleksdə yerləşən qəbiristanlıqda bur sıra tanınmış siyasət və mədəniyyət xadimləri dəfn olunub – sovet lideri Nikita Khrushchev, Rusiya prezidenti Boris Yeltsin, yazarlar Anton Checkov və Nikolai Gogol, musiqiçilər Dmitry Shostakovich və Mstislav Rostropovich.

XS
SM
MD
LG