Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:32

Putin Krıma görə nüvə silahlarını döyüş vəziyyətinə gətirəcəkmiş


Putin sənədli filmdə danışır
Putin sənədli filmdə danışır

-

Ukrayna və Krımda böhran zamanı Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahlarını döyüş vəziyyətinə gətirməyə hazırlaşırmış. Putin Rusiyanın Krımı tutmasına dair sənədli filmdə danışıb.

3 saatlıq “Krım: Vətənə yol” sənədli filmi martın 15-də yayımlanıb. Putin deyib ki, Qərbin Rusiyanı dayandırmaq üçün hərbi müdaxilə edib-etməyəcəyindən əmin olmayıb. Ancaq “hadisələrin mümkün pis gedişinə də hazırlaşıb”.

Rusiya prezidenti sözlərinə əlavə edib ki, xarici liderlər ona dəfələrlə zəng edərək Krımdakı hərəkətlərini dayandırmağa çağırıb, ancaq onlara deyib ki, “bura bizim tarixi ərazimizdir”, “orada yaşayan Rusiya xalqı təhlükədədir və onları tək qoya bilmərik”.

Putinin sözlərinə görə, o qədər “səmimi və açıq” cavab verib ki, heç bir ölkə “dünya müharibəsinə başlamaq əhvalında olmayıb”.

XS
SM
MD
LG