Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:22

CBS News kanalına verdiyi müsahibədə dövlət katibi John Kerry bildirib ki, Amerika Birləşmiş Ştatları Suriyada siyasi keçid məsələlərini həll etmək məqsədilə prezident Assad-ı danışıqlara məcbur etməli olacaq.

Bundan əvvəl Vaşinqton prezident Assad-ın hakimiyyətdən getməsində israr edirdi, lakin indi ümumi düşmən olan islamçı ekstremistlərin hücumları Qərbin Suriya liderinə münasibətini xeyli yumşaldıb.

Bazar günü verdiyi müsahibədə cənab Kerry Assad-ın legitimliyini itirdiyi barədə standart deyimlərdən qaçıb.

Dövlət katibi deyib ki, Vaşinqton Suriyada hakimiyyət məsələsinin danışıqlar vasitəsilə həllində həmişə israr edib və Cenevrə prosesi də məhz bunu tələb edir.

John Kerry bildirib ki, ABŞ və adını çəkmədiyi bir neçə başqa ölkə Assad-la danışqlara başlamaq üçün diplomatik kanalları öyrənir.

Suriya müxalifətinin Assadın nəyin bahasına olursa-olsun hakimiyyətdən salınması tələbi hazırda nəticəsiz qalıb və təhlilçilər bu qənaətdədirlər ki, Assad-ın bu böhrandan salamat çıxmasında İran və Rusiyanın böyük rolu olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG