Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:46

Pakistanda iki kilsədə törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub


Xristianlar 2013-cü ildə Lahorda törədilmiş kilsə partlayışına etiraz edirlər.

Xristianlar 2013-cü ildə Lahorda törədilmiş kilsə partlayışına etiraz edirlər.

Pakistanın Lahor şəhərindəki iki kilsənin qarşısında törədilmiş intihar partlayışları nıəticəsində 14 nəfər həlak olub və 78 nəfər yaralanıb.

Şəhər ətrafındakı kilsələrin yaxınlığında törədilmiş partlayışların arasında bir dəqiqə fərq olub.

Xəbər verilir ki, son on il ərzində Pakistanda xristianların və başqa dini azlıqların üzərinə yaraqlı basqınlarının sayı xeyli artıb.

Əksər xristianlar hökuməti fəaliyyətsizlikdə və “yalnız başsağlıqları verməklə kifayətlənməkdə” ittham edirlər.

Partlayışlardan dərhal sonra hiddətlənmiş sakinlər aksiya ilə əlaqədə olduqlarından şübhələndikləri iki nəfəri linç ediblər.

Partlayışlara etiraz edənlər həmçinin mağazaların vitrinlərini sındırmış və maşınlara hücum etmişlər.

Şahidlər deyirlər ki, bu ərazidə polis qüvvələri olmasaydı, daha böyük zorakılıq baş verə bilərdi.

Toqquşmalarda 4 polis nəfərinin həlak olduğu xəbər verilib.

Kilsələrdə törədilmiş partlayışlar üçün məsuliyyəti üzərinə Talibanın Cəmaət ül-Əhrar qruplaşması götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG