Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:02

Ukrayna prezidenti Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırıb


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko ölkənin şərqindəki separatçıları atəşkəsi pozmaqda ittiham edib və Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırıb.

Xəbər verilir ki, atəşəkəs qüvvəyə minəndən bəri hər iki tərəfdən hücumlar azalıb, lakin tərəflər bir-birini atəşkəsi pozmaqda ittham edirlər.

Poroshenko Almaniyada çıxan “Bild” qəzetinə deyib ki, Ukrayna tərəfi Minsk razılaşmasının bütün maddələrini yerinə yetirib, lakin rusiyayönlü separatçılar bunun tam əksini etməklə məşğuldurlar.

O deyib ki, separatçılar tərəfindən atəşkəs gündə 60 dəfə pozulur.

Ukrayna prezidenti gələn həftə Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammitini Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırıb.

Avropa liderləri bu sammitdə Rusiyanın enerji, müdafiə və maliyyəsektorları üzərinə ötən iyulda qoyulmuş sanksiyaları nəzərdən keçirəcəklər.

Almaniya və başqa Aİ üzvləri, Moskva Minsk razılaşmasının maddələrinə əməl etməzsə, sanksiyaların saxlanacağı barədə bəyannamə hazırlayıblar.

XS
SM
MD
LG