Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48

İraq hərbiyyəsi xəbər verir ki, son iki gündə İD-in nəzarətində olan Tikrit şəhəri üzərinə hücum səngiyib.

Xəbər verilir ki, şəhər üzərinə hücumu iki həftə əvvəl başlamış hökumət qoşunları və şiə könüllüləri ehtiyat dəstək qüvvələrinin gətirilməsini gözləyirlər.

Ötən cümə gününədək şəhər ətrafında küçə döyüşləri gedirdi.

Küçələrin minalanması və snayperlər hücum əməliyyatını ciddi şəkildə əngəlləyir.

Polkovnik Mohammed Abid al-Jubouri Reuters agentliyinə bildirib ki, bazar günü heç bir tərəfdən hücum əməliyyatı aparılmayıb.

Hazırda İD şəhərin yalnız yarısına tam nəzarət edir. Tikritin mülki əhalisi şəhəri xeyli əvvəl tərk edib.

Bu arada şiə şəhəri Samarranın cənub-şərqində intiharçı bomba partlayışı nəticəsində üç nəfər həlak olub.

İslam Dövləti yaraqlıları tərəfindən törədilmiş yeni zorakılıqlar barədə məlumatlar əldə edilib.

İraqın şimalındakı Kərkük ətrafında, türkmən şəhəri Bəşirdə 50-dək meyit aşkar edilib.

Bundan əlavə Tikritin şərqində yerləşən Əbu Əcil qəsəbəsi yaxınlığında üç kütləvi məzarlıq tapılıb.

Hazırda cəsədlərin ötən iyunda edam olunmuş İraq əsgərlərin aid olub-olmadığı yoxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG