Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:28

İD-ə qoşulmaq istəyən Britaniya yeniyetmələri həbs ediliblər


Üç britaniyalı yeniyetmə oğlan Türkiyədən deportasiya olunduqdan sonra London polisi tərəfindən həbs ediliblər.

Yeniyetmələrin İslam Dövləti adlı təşkilata qoşulmaq məqsədilə Türkiyədən Suriyaya keçməyə cəhd göstərdikləri xəbər verilib.

Reuters agentliyinin verdiyi xəbərə görə, yeniyetmələr Britaniya polisindən alınmış informasiya əsasında Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulda saxlanıblar.

Onlar Türkiyəyə İspaniyadan keçərək gəliblər.

Yeniyetmələr hazırda London polisinin təscirdxanasında saxlanırlar.

Təhlükəsizlik xidmətlərinin məlunatına görə indiyədək 600 britaniyalı cihadçı qruplaşmalara qoşulmaq məqsədilə İraq və ya Suriyaya səfər edib.

XS
SM
MD
LG