Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

Azərbaycanı «Eurovision 2015»də E. Hüseynov təmsil edəcək [mahnı]


Elnur Hüseynov (Foto Eurovision.tv)

Elnur Hüseynov (Foto Eurovision.tv)

-

Bu il Eurovision mahnı yarışmasında Azərbaycanı Elnur Hüseynov təmsil edəcək.

Bu barədə «Eurovision»un rəsmi saytı məlumat verir.

Avstriyanın paytaxtı Vyanada keçiriləcək yarışmada Elnur Hüseynov «Hour Of The Wolf» balladası ilə çıxış edəcək.

Bu yarışma Elnura yad deyil. Azəbaycan «Eurovision» mahnı yarışmasına ilk dəfə 2008-ci ildə qatılıb. Bu yarışmada ölkəni Elnur Hüseynov və Samir Cavadzadə dueti təmsil edib.

«O ses Türkiye» yarışmasına qatılması və birincilik əldə etməsi ilə yenidən Azərbaycanda gündəmə gəlib.

2009-cu ildə Aysel və Araş dueti yarışmada 3-cü oldu.

2010-cu ildə Azərbaycanı təmsil edən Safura Əlizadə yarışmanı 5-ci olaraq başa vurub.

2011-ci ildə Eldar və Nigar dueti ilə Azərbaycan ilk dəfə yarışmada birinci olub.

2012-13-cü illərdə Azərbaycan təmsilçiləri yarışmanı ilk onluqda başa vurublar.

Ötən il isə Dilarə Kazımovanın təmsilçiliyi ilə Azərbaycan 22-ci yerdə qərarlaşıb.​

İctimai TV-də Eurovision yarışmasını aparan Hüsniyyə Məhərrəmova öz Instagram səhifəsində belə yazır:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG