Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Ukrayna prezidenti Petro Poroshenko parlamentə rusiyayönlü separatçıların nəzarətində olan bölgələrin hüdudlarının müəyyən edilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Qanun layihəsi həmin ərazilərə xüsusi status verilməsini nəzərdə tutur.

Rada bu qanun layihəsini bu həftə səsverməyə çıxaracaq. Rusiya, Almaniya, Fransa və Ukrayna liderləri arasında fevralın 12-də Minskdə əldə edilən sülh müqaviləsinin şərtlərinə əsasən, Ukrayna Parlamentindən Donetsk və Luhansk vilayətlərinin xüsusi statusunun tanınması tələb edilir.

Özlərini bu ərazilərin lideri elan edən Aleksandr Zakharchenko və Igor Plotnitsky martın 13-də Fransa prezidenti Francois Hollande və Almaniyanın kansleri Angela Merkeli Minsk razılaşmasının şərtlərinə əməl etməsi üçün Kiyevə təziq göstərməyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG