Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Putin: "Yanukovych-in həyatını xilas etdik"


Vladimir Putin (sağda) və Ukrayna prezidenti Viktor Yanukovych, 17 dekabr, 2013

Vladimir Putin (sağda) və Ukrayna prezidenti Viktor Yanukovych, 17 dekabr, 2013

Rusiya prezidenti Vladimir Putin Ukraynanın eks-prezidenti Viktor Yanukovych-in həyatını xilas etdiklərini deyir.

O, Rusiyanın Krımı ilhaq eməsi barədə sənədli filmdə bunu deyib. Putin bildirib ki, hakimiyyət dəyişikliyindən sonra Ukrayna prezidenti Viktor Yanukovychin həyatı təhlükədə olduğundan bəzi tədbirlər görüblər.

Rusiyanın xəbər agentlikləri yazır ki, Putin filmdə deyir: “Biz onun ələ keçirilməsi barədə planların olması haqda məlumatlar alırdıq. Məlumatlar bununla bitmirdi. Biz həm də onun ələ keçirildikdən sonra fiziki olaraq məhv edilməsi planları haqda informaisyalar alırdıq”.

Putin daha sonra əlavə edir: “Bir məşhur tarixi şəxsiyyətin dediyi kimi: adam yoxdur, problem də yoxdur”

Putinin sözcüsü Dmitry Peskov deyir ki, Rusiya prezidenti martın 15-də həmin sənədli filmi izləyə biləcək.

Putin martın 5-dən bəri nə ictimai, nə də canlı TV proqramlarında görünmür. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG