Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:03

MTN-in generalı gəncləri "milli təhlükəsizliyə töhfə verməyə" çağırır


MTN

MTN

“Əminik ki, gənclərimiz Ulu öndərin xalqın işıqlı gələcəyinə ünvanlanan ideallarına sadiq qalacaq, milli maraqların və təhlükəsizliyimizin təminatçısı kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.”

Bunu Milli Təhlükəsizlik nazirinin müavini Elçin Əliyev bugünlərdə Azərbaycan Texniki Universitetində keçirilən konfransda deyib. “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfransa Milli Təhlükəsizlik Nazirliyinin (MTN), Gənclər və İdman Nazirliyinin əməkdaşları qatılıb.

MTN nazirinin müavini Elçin Əliyev daha sonra prezident İlham Əliyevin daim gənclərə dəstək verdiyini deyib:

“Bütün bunlar bizi malik olduğumuz dəyərləri, əldə olunan sabitliyi, milli birliyi və tolerantlığı qorumağa səfərbər etməlidir. Milli təhlükəsizliyə töhfə ailədən və təhsil müəssisəsindən başlayır. Bu, vətəndaşlıq məsuliyyətinin dərk edilməsi, qanunçuluğa riayət, müntəzəm çalışmaq, öyrənmək və hərtərəfli mütəxəssis kimi yetişməkdir".

Konfransda çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov gənclərin Azərbaycanın mənafeyini üçün çalışmalı olduqlarını deyib:

“Gündən-günə inkişaf edən Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhdlə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışır. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG