Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:59

Braziliyada turist avtobusu dərəyə düşüb, 49 nəfər ölüb


Arxiv fotosu
Arxiv fotosu

Braziliyada martın 14-də turist avtobusunun dərəyə yuvarlanması nəticəsində azı 49 nəfər ölüb.

Hadisə ölkənin cənubundakı Santa-Katarina ştatında baş verib, avtobus 400 metr dərinliyi olan dərəyə düşüb.

Yerli rəsmilərin verdiyi məlumata görə, ölənlərin 8-i azyaşlı, 24-ü qadındır.

Avtobusda 50 sərnişin olmalı idi, amma rəsmilər ehtimal edirlər ki, onların sayı daha çox olub.

Xəsarət almış 10 nəfər hazırda xəstəxanadadır.

Braziliyada il ərzində yol qəzalarında təxminən 43 min nəfər ölür.

XS
SM
MD
LG