Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:56

Milli Şuranın 15 mart mitinqi (video)


Müxalifət partiyalarının Milli Şurası martın 15-də Bakıda etiraz aksiyası keçirir.

"Talana son” şüarı ilə keçirilən mitinqdə Milli Bankın elan etdiyi devalvasiya, manatın 33 faiz dəyərdən düşməsi və bunun insanların yaşayışına mənfi təsirinə etiraz bildirmək üçün çağlırlır.

AzadlıqRadiosu 15 mart mitinqini izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

111
173
00:21 16.3.2015

Əməkdaşımız Xədicənin bətni Kürdəxanıda olsa da, ruhu həmişə korrupsiyaya qarşı çıxmağa özündə cürət tapan insanların yanındadır

19:35 15.3.2015

"Talana son" mitinqi əvvəldən sonadak - [canlı yayımın təkrarı]

Bağışlayın, hazırda bu bölmə işləmir.

19:34 15.3.2015

BAŞ POLİS İDARƏSİ: 600 NƏFƏR İŞTİRAK EDİB

15 mart mitinqi

15 mart mitinqi

Bakı Şəhər Baş Polis idarəsi Milli Şuranın mintinqi ilə bağlı açıqlama yayıb. Bu barədə Apa xəbər verir. Açıqlamada deyilir ki, həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.​

18:43 15.3.2015

Milli Şuranın «Talana son» mitinqi fotolarda

AzadlıqRadiosu mitinqdən çəkilmiş fotoları təqdim edir:

Davamı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG