Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:40

Dövlət məmurlarının qəbuluna onlayn yazılmaq mümkün olacaq


Azərbaycanda "Elektron hökumət" portalının köməyi ilə onlayn rejimdə dövlət strukturlarının rəhbərliyinin qəbuluna yazılmaq mümkün olacaq. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

MHM Azərbaycanın dövlət qurumlarının rəhbərliyinin qəbulu üzrə vətəndaşların qeydiyyatı üçün elektron platforma hazırlayıb.

Mərkəzdən bildiriblər ki, hazırda platformanın tətbiqi sahəsinin müəyyənləşdirilməsi üzrə işlər aparılır: "Yeni elektron xidmət ilkin mərhələdə vətəndaşlara yerli icra hakimiyyəti strukturlarının rəhbərliyinin qəbuluna yazılmağa imkan verəcək, gələcəkdə isə digər dövlət qurumlarını da əhatə edəcək".

XS
SM
MD
LG