Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:26

Pakistanın Lahor şəhərində iki kilsə yaxınlığında törədilmiş partlayışlar nəticəsində azı 10 nəfər ölüb.

Partlayışlar martın 15-də katolik və protestant kilsələrinin yaxınlığında törədilib. Azı 55 nəfər yaralanıb.

Hər iki partlayış insanların bazar günü ibadətinə axışdığı vaxtda olub.

Pakistandakı xristian icması daim silahlıların hədəfindədir.

Pakistanın Taliban qrupu partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG