Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Rezidenturaya qəbul imtahanı keçirilir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirir.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, birinci mərhələdə namizədlərə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 7-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

İmtahana buraxılanlardan 913 nəfəri qız, 332 nəfəri isə oğlanlardır.

XS
SM
MD
LG