Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:08

Boris Nemtsovun Ukrayna hesabatı apreldə açıqlanacaq


Nemtsovun qətlə yetirildiyi yer
Nemtsovun qətlə yetirildiyi yer

-

Boris Nemtsovun Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı bu ilin aprelində dərc olunacaq.

Bu barədə qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun müxalif həmkarı Ilya Yashin açıqlama verib.

Ilya Yashin bildirib ki, ölümündən sonra Nemtsovun evində və ofisində axtarışlar zamanı kompüteri və sənədləri götürülsə də, əksər sənədləri əldə etmək mümkün olub.

Həmkarlarının iddiasına görə, fevralın 27-də Kreml yaxınlığında güllələnərək öldürülməsi Nemtsovun prezident Putinə qarşı kəskin tənqidi ilə əlaqədardır.

Ilya Yashin deyib ki, Nemtsovun hesabatını yekunlaşdırmaq məqsədi ilə ekspertlərdən ibarət komanda yaradılıb.

Qətllə bağlı Qafqazdan artıq bir neçə nəfər saxlanılıb ki, bu da daha çox qətlin islamçılar tərəfindən törədildiyi versiyasi üzərində dayanıldığını göstərir. Saxlananlardan biri iddia edib ki, onu zor gücünə etirafa məcbur ediblər.

XS
SM
MD
LG