Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:54

-

"Bu kitabı oxuyanda real və mistik dünyanın hədəfində insan iradəsinin necə aciz olduğunu görəcəksiniz”.

Şair Murad Köhnəqala bunu Bakıda - Park Bulvardakı “Əli və Nino” kitab evində təqdim etdiyi yeni nəsr toplusu haqda deyib.

"Yuxularım" adlanan kitaba yazarın son dönəmlər yazdığı 14 sürrealist hekayə daxildir. .

Kitabın adı “Yuxularım” olsa da, yazarın dediyinə görə, hekayələrindəki hadisələri heç də yuxuda görməyib, bu, sadəcə bir yaradıcılıq üslubudur. “Mətnlərin yazılışında yuxugörmədən, sadəcə, bədii forma kimi istifadə etmişəm. Tətbiq etdiyim metod sonsuz insan iztirablarını əhatəli təsvir etmək üçün mənə geniş imkan yaratdı".

Günün bütün mövzuları

XS
SM
MD
LG