Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44

Əli Kərimli: «Diversantlarımız kənd, rayon yox, facebook hesabı, səhifə ələ keçirirlər»


Əli Kərimli

Əli Kərimli

-

Milli Şura martın 15-də manatın devalvasiyasına etiraz olaraq «Talana son» aksiyası keçirməyə hazırlaşır. Qurum iki gündür hakimiyyətin sosial şəbəkələrdə aksiyanın kütləviliyinin qarşısını almaq məqsədilə kiber-hücumlara keçdiyini bildirir.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də «facebook» səhifəsində bununla bağlı yazıb: «Yadınızdadır, ötən ilin avqustunda ermənilərlə atəşkəs bir neçə günlüyə pozulanda bizim xüsusi xidmət orqanlarının virtual xüsusi təyinatlıları ermənilərin başına nə oyun açdı? Hər gün bir neçə kənd, bəzən bütöv rayon alırdılar. Yerevana çatmağa az qalmışdılar, təəssüf ki, kimsə oyunu dayandırdı.

İndi hökumət həmin virtual «xüsusi təyinatlılar»ı səfərbər edib Milli Şuranın 15 mart mitinqi ilə mübarizəyə. İndi daha «diversant»larımız kənd, rayon yox, «facebook» hesabı, səhifə, YouTube kanalı ələ keçirirlər. Cəmil müəllimin «facebook» hesabını və səhifəsini ələ keçirib, mitinqin guya 29 marta təyin olunması haqda yalan məlumatlar yazırlar. Bəzi cəbhəçilərin də hesablarını oğurlayıb, onların vasitəsilə öz aləmlərində bu yalan məlumatı tirajlayırlar. 3-4 saat bundan qabaq isə virtual «diversantlar» daha bir «uğura» nail olublar. «Azadlıq» qəzetinin YouTube kanalını ələ keçirərək Cəmil müəllimin 15 mart mitinqinə çağırışını təhrif ediblər (Cəmil müəllimin müraciətinin səsini silib, üzərinə musiqi yazıblar)».

Amma Əli Kərimli narahatlığa əsas olmadığını, Cəmil Həsənlinin 15 mart mitinqi ilə bağlı videomüraciətinin yenidən YouTube-a yerləşdirildiyini bildirir. Əli Kərimlinin fikrincə, «hakimiyyətin müxalifətlə mübarizədə belə ucuz vasitələrə əl atmasını mitinqin kütləviliyindən qorxmasının sübutudur». ​

Günün bütün mövzuları

XS
SM
MD
LG