Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

-

Ukraynalı həkimlərin Rusiyada həbsdə olan Ali Rada üzvü, pilot Nadezhda Savchenko-nu müayinə etməsinə icazə verilib.

Bu haqda onun vəkili Mark Feygin «twitter»də məlumat verib. Bu məlumatı Ukrayna xarici işlər naziri Pavlo Klimkin də təsdiqləyib. O da «twitter»də yazıb: «Birgə səylər nəticəsində - Poroshenko-dan tutmuşkonsula qədər – ukraynalı həkimlər Nadezhda-nın yanındadırlar».

Ukrayna Rusiya həbsxanasında olan deputatın ukraynalı həkimlərlə görüşünə icazə verilməməsindən narazı idi.

Savchenko özü isə həftənin sonuna kimi ukraynalı həkimlərin onu müayinə etməsinə icazə verilməyəcəyi halda aclıq aksiyasını bərpa edəcəyini bildirmişdi.

Savchenko-nu Donbasda iki Rusiya jurnalistini öldürməkdə təqsirli bilirlər. O, ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG