Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Poroshenko münaqişənin “tədricən səngidiyini” deyir


Donetsk yaxınlığında dağıdılmış bina

Donetsk yaxınlığında dağıdılmış bina

-

Ukrayna prezidenti Petro Poroshenko deyib ki, ölkənin şərqində münaqişədə “tədricən səngimə” gedir. Martın 13-də 1+1 televiziyasına müsahibəsində Poroshenko deyib ki, “bir neçə gün ərzində hərbi itki verməmişik”.

Düz bir ay öncə Minskdə Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri yeni atəşkəs sazişi əldə ediblər. Saziş hökumət qüvvələrini və rusiyapərəst separatçıları döyüşləri dayandırmağa və təmas xəttindən ağır texnikanı çıxarmağa çağırıb.

Poroshenko xəbərdarlıq edib ki, döyüşlər yenidən başlasa, Ukrayna 11 Avropa ölkəsi ilə döyüş silahlarının alınması üçün müqavilələr imzalayıb. O, ölkə adı çəkməyib.

UNİAN agentliyi isə separatçıların nəzarətində olan Donetsk regionunda hökumət qüvvələrinin atəşə tutulduğunu bildirib. Mariupol yaxınlığındakı hərbçilərə də hücum olunub. Separatçılar isə əks tərəfin atəşinə məruz qaldıqlarını söyləyir.

XS
SM
MD
LG