Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:51

Məhkəmə: Köçkünlər zəbt etdikləri yeri boşaltmalıdılar


Arxiv fotosu
Arxiv fotosu

-

“İkinci qrup müharibə əliliyəm. Bu bərbərxana ailəmizin qazanc yeridir. Deyirlər, obyekti boşaldın, gəlib sökəcəyik”.

Beyləqan sakini İsmayıl Savalanov yeganə qazanc yeri olan darısqal bərbərxananın əlindən çıxacağından narahatdır. Səbəbindən özü danışır:

BİR QADIN PEYDA OLUB...

“Bir qadın peyda olub, rayonda hansı torpaq sahəsi xoşuna gəlirsə, yerli icra hakimiyyəti, məhkəmə ilə əlbir olub oranı adamların əlindən alır. Pulu çoxdur. Döyüş bölgəsində olduğuma görə icra hakimiyyəti mənə burdan yer verib, deyib gedib tikə bilərsən. Rəsulzadə küçəsində, 8 ilə yaxındır ki, balaca bir bərbərxana tikmişəm, işləyirəm. Bir övladım var, qardaşım vəfat edib, onun da ailəsini mən saxlayıram. Bu bərbərxana ilə qardaşımın qızlarını köçürmüşəm, indi də oğlunu saxlayıram. Bu qadın gəlib deyir ki, bərbərxananı sökməlisən, bu yer mənimdir. Hər yerə şikayət etmişəm.

Füzuli köçkünü, 1-ci qrup gözdən əlil Mahirə Cəfərova:

"Hasarımızı söküblər. evi də sökürdülər. “Qaçqınkom” gəlib imkan vermədi. Deyir burda mənəm, Bağdadda kor xəlifə. Icra hakimiyyətinə dəı getdik, hara getdiksə dedilər heç kəs sizi o evdən çıxara bilməz. Məhkəmə bir qərar verdi onun əlinə, gəldilər hasarımızı uçurtdular. Deyirlər hissə hissə sökəcəyik. Mən ondan 100 metr aralıdayam. Mənim mağaza aidiyyətim yoxdur. Məhkəmə özü də gəldi gördü ki, nə qədər məsafə var. Özü də biz mağazanın arxa tərəfindəyik, qarşısında deyilik".

Beyləqan sakini Tofiqə Quliyeva rayon məhkəməsində Füzuli köçkünləri olan Mahirə Cəfərovaya və Abbasxanovlara qarşı iddia qaldırıb. İddiasını belə əsaslandırıb ki, köçkünlər onun şəxsi mülkiyyətində olan torpaq sahəsini zəbt ediblər. Bu azmış kimi, qanunsuz tikililəri ilə onun mağazasının qarşısını da kəsiblər. İndi mağazadan istifadə edə bilmir.

KÖÇKÜNLƏR CƏRİMƏLƏNİB

Tofiqə Quliyeva deyir, indi mübahisə predmetinə çevrilmiş torpaq sahəsi ona 1985-ci ildə keçmiş Jdanov, indiki Beyləqan rayonunun müvafiq orqanlarının qərarı ilə ticarət obyekti tikintisi üçün verilib. Torpaq sahəsinə dair Çıxarışı və texniki pasportu da var. Torpaqdan təyinatı üzrə istifadə edib. Köçkünlər tərəfindən zəbtolma və qanunsuz tikililərdən sonra mağazadan istifadə edə bilmir.

Yerli icra hakimiyyəti Füzuli köçkünlərini qanunsuz tikinti apardıqlarına görə cərimələyib.

Məhkəmə isə tikililərin sökülməsini və torpaq sahəsinin Tofiqə Quliyevaya qaytarılmasını köçkünlərin üzərinə öhdəlik kimi qoyub.

XS
SM
MD
LG