Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:41

«Hökumətin verdiyi çörək dükanını əlimdən alıblar»


Arxiv fotosu
Arxiv fotosu

-

Şirvan şəhər sakini Sitarə Mikayılova AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edib ki, çörək mağazası əlindən alınıb. Onun sözlərinə görə, oğlu Qarabağda həlak olandan sonra dövlət bu mağazanı ona dolanışıq üçün verib.

"1992-ci ildə oğlum Vahid Mikayılov Füzuli döyüşlərində həlak olub. Bir il sonra dolanışığımızın ağır olduğunu nəzərə alan hökumət 4 nömrəli mağazanın Gülbala Şıxbalaoğlu küçəsindəki 2 saylı filialında yerləşən çörək dükanını bizə verdi. 2000-ci illərin əvvəllərinə qədər mağazanı işlətdik. Ondan sonrakı illər istifadəsiz qaldı. Həmin müddətdə qonşu dükanın sahibi Əziz Əliyev böyüdərəkbizim dükanının ərazisinə keçib. İndi öz dükanımızı özəlləşdirmək istəyirik. Ancaq qonşu dükanın sahibi ərazimizin bir hissəsini zəbt etdiyinə görə özəlləşdirə bilmirik".

MAĞAZANI İŞLƏTMİRİKSƏ, QONŞU ÖZÜNƏ GÖTÜRMƏLİDİR?

Sitarə Mikayılovanın sözlərinə görə, mağazanın zəbt olunmuş hissəsinin boşaldılaraq ona qaytarılması üçün müxtəlif qurumlara müraciət etsə də, şikayətinə baxan olmayıb:

"Ailədə 10 nəfərik. Hamımız da gözümüzü o çörək dükanına dikmişik. Arada başımız qarışıq oldu, mağazanı işlədə bilmədik. Bu, o demək deyil ki, işlətmiriksə, qonşu vurub keçməlidir, zəbt etməlidir,özünə götürməlidir. Tələb edirəm ki, dükanın mənə məxsus hissəsini boşaldıb özümə qaytarsınlar".

Şirvan Şəhər Əmlak Şöbəsindən "Qaynar xətt"ə bildiriblər ki, Sitarə Mikayılova məhkəməyə müraciət edib. Hələ məhkəmə başa çatmadığından, məhkəmə qaydasında tərəflərin sahələri müəyyən edilmədiyindən mübahisəli mağaza ilə bağlı hər hansı sənədləşmə aparmaq mümkün deyil.

Çörək dükanının mübahisəli sahəsinin kimə məxsus olduğunu məhkəmə müəyyən edəcək.

XS
SM
MD
LG